"Tottenhem"in 2 futbolçusu "Qarabağ"la matçdan əvvəl zədələnib

Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Tottenhem" ciddi itkilərlə üzləşib.

Presssport.az xəbər verir ki, London təmsilçisinin 2 futbolçusu ölkə kubokunun III mərhələsinin "Koventri" ilə matçında sıradan çıxıb.

Belə ki, Vinger Vilson Odeber və hücumçu Timo Verner zədə səbəbindən oyunu vaxtından əvvəl tərk etməli olub. "Tottenhem"in baş məşqçisi Anje Postekoqlu Oderberin zədəsinin ciddi olduğunu açıqlayıb. Onun sözlərinə görə, Vernerin durumu isə hələlik bəlli deyil.

Xatırladaq ki, "Qarabağ"ın "Tottenhem"lə görüşü sentyabrın 26-da Londonda baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC