FİFA Mahir Emrelinin sabiq klubunu cəzalandırıb

FİFA "Konyaspor"u cəzalandırıb.

Presssport.az xəbər verir ki, buna Super Liqa təmsilçisinin bəzi futbolçulara borcunun olması səbəb olub. 

Bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, borca görə Konya təmsilçisi 3 transfer dönəmində heyətinə yeni oyunçu cəlb edə bilməyəcək. Klub futbolçuların ödənişlərini etməsə, cəza qüvvəyə minəcək və 2024/2025 yay və qış və 2025/2026 yay transfer dönəmində heyətinə futbolçu qata bilməyəcək.

"Konyaspor"un mətbuat xidmətinin rəhbəri Yunus Derebağ bəyan edib ki, qısa zamanda oyunçuların borclarını ödəniləcə və bununla da transfer qadağası aradan qaldırılacaq.

Xatırladaq ki, millimizin futbolçusu Mahir Emreli keçən mövsümün ikinci yarısını “Konyaspor”da icarədə keçirib. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC