Azərbaycanın 3 taekvondoçusu Sofiyada lisenziya turnirinə qatılacaq

Azərbaycanın 3 taekvondoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində iştirak edəcək.

Presssport.az xəbər verir ki, yarışda Milad Beiqi Harçeqani (+80 kq), Zemfira Həsənzadə (49 kq) və Nigar Abdullayeva (57) mübarizə aparacaqlar.

Kişilərdən ibarət yığmaya Məmməd Abdullayev, qadınlardan ibarət milliyə isə Sun Mi Park rəhbərlik edəcək. 

Bu gün Sofiyaya yollanan taekvondoçular martın 9-10-da qüvvələrini sınayacaqlar. Komanda ayın 11-də Bakıya qayıdacaq.

Xatırladaq ki, Azərbaycan taekvondo millisi Paris-2024 Yay Olimpiya Oyunlarına 1 lisenziya qazanıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC