II Liqada ilin ilk cəzaları bəlli oldu

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Presssport.az xəbər verir ki, iclasda II Liqanın qış fasiləsindən sonra ilk turunun (XV tur) oyunlarındakı qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Ağdaş” – “Şəki Siti” oyununda “Ağdaş” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” klubu 70 manat cərimə edilib.

“Ağdaş” – “Şəki Siti” oyununda “Sheki City” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şəki Siti” klubu 70 manat cərimə edilib.

“Ağdaş” – “Şəki Siti” oyununun 39-cu dəqiqəsində “Sheki City” klubunun 27 nömrəli futbolçusu Yusif Dilanov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Şəki Siti” klubu 150 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Baku Sportinq” oyununda “Şahdağ Qusar” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Şahdağ Qusar” klubu 70 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Baku Sportinq” oyununun 73-cü dəqiqəsində “Baku Sportinq” klubunun 32 nömrəli futbolçusu Elməddin Hüseynzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Baku Sportinq” klubu 50 manat cərimə edilib.

“Şəfa” – “Lerik” oyununda “Lerik” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Lerik” klubu 70 manat cərimə edilib.

“Şəfa” – “Lerik” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Şəfa” klubu 80 manat cərimə edilib.

“Qusar” – “Füzuli” oyununun 19-cu dəqiqəsində “Füzuli” klubunun 1 nömrəli qapıçısı Kamil Nəzərli rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Füzuli” klubu 80 manat cərimə edilib.

“Dinamo” – “Şəmkir” oyununda “Dinamo” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” klubu 70 manat cərimə edilib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC