"Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi olan "Bayer"in təcrübəli futbolçusu Qranit Caka mövsümün qalan hissəsində komandasının nələr edə biləcəyi haqda danışıb.
Presssport.az xəbər verir ki, isveçrəli yarımmüdafiəçi Avropa Liqasında yollarına davam etmək istədiklərini söyləyib.
Cakanın fikrincə, son təkanda hər oyun finala çevrilir: "Uduzsan, turnirdən uzaqlaşırsan. Bu, xüsusilə Avropa Liqası və Almaniya Kuboku üçün keçərlidi. Lakin Bundesliqa da bizim üçün bu cür qəbul edilib. Hər matçın həlledici olduğunu bilirik".
Xatırladaq ki, "Bayer" - "Qarabağ" matçı sabah “Bay Arena” stadionunda Bakı vaxtı ilə 00:00-da keçiriləcək. Bakıdakı ilk görüş 2:2 hesabıyla yekunlaşıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC