Fərrux Mahmudov veteran futbolçunu təbrik etdi

“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov veteran futbolçu Mirbağır İsayevi 50 illik yubileyi münasibətilə təbrik edib.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi olaraq “Neftçi”nin “50 nömrə”li formasını təqdim edib.
Qeyd edək ki, 1993-95-ci illərdə “Neftçi”də çıxış etmiş İsayev “ağ-qaralar”la Azərbaycan kubokunun (1995) və Superkubokunun (1995) qalibi olub. Təcrübəli mütəxəssis "Neftçi"nin əsas komandasında məşqçi, akademiyada isə baş məşqçi kimi də çalışıb.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC