Zubir "Qarabağ"da qalacaq: "Yeni mövsümdə də ən yaxşısını etməyə hazıram ki..."

"İlk hissədə "Bayer" bizə təzyiq göstərdi. Fasilədən sonra fərqli oyun ortaya qoyduq. Qol epizoduma gəlincə, oyuna arxadan başladıq, hücumu məntiqi sonluqla bitirdim. "Bayer" böyük komandadı, ona qarşı oynadıq. Burdan çıxaracağımız ən yaxşı nəticə səhvlərimizi öyrənib, növbət matçlarda onları təkrarlamamaqdı".

Presssport.a xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Abdullah Zubir "CBC Sport"a açıqlamasında deyib.

O, Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer"ə qarşı keçirilmiş cavab (3:2) oyunundan sonra deyib.

Fransalı sol cinah yarımmüdafiəçisi qarşıdakı mövsüm üçün də “Qarabağ”da çıxışını davam etdirərək, heyətində avrokuboklarda uğurlu nəticələr üçün əlindən gələni edəcəyini söyləyib:

"Qarabağ"la müqaviləm var və davam edir. Yeni mövsümdə də ən yaxşısını etməyə hazıram ki, "Qarabağ" avrokuboklarda daha yaxşı yerlərə çatsın. Bizim üçün ən yaxşısı Azərbaycan çempionu olmaqdı ku, ölkəni ÇL-də təmsil edək. Amma liqada da hələ heç nə bitməyib. Burda riyazı olaraq çempion deyilik. Çempion olsaq, gələcək haqda fikirlərimizi irəli sürəcəyik".

Xatırladaq ki, 33 yaşlı Zubirin “Qarabağ”la müqaviləsi bu mövsümün sonunda başa çatır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC