Juninyo "Qarabağ"da çox xoşbəxtdi: "Daha çox 2-ci buraxdığımız qola görə üzülürəm"

“Qarabağ”ın futbolçusu Olaviyo Juninyo Avropa Liqasının 1/8 final mərhələsində səfərdə “Bayer”ə 2:3 hesabı ilə məğlub olduqları cavab oyunundan sonra ”CBC Sport"a açıqlama verib

Presssport.az xəbər verir ki, əvvəlcə matç haqda təəssüratlarını bölüşən braziliyalı hücumçu maraqlı oyun alındığını deyib: "Daha çox ikinci buraxdığımız qola görə üzülürəm. Sanki ağızda acı dad təsiri bağışlayır. Ümumilikdə isə "Bayer"in potensialına bələdik. Göstərdikləri oyuna görə qələbəyə layiq olduqlarını düşünürəm. Bizdə isə bir az bəxtsizlik oldu, qırmızı vərəqə aldıq. Bu da oyuna təsiredici məqamlardan oldu".

Juninyo ikinci hissədə əvəzlənməsinə də münasibət bildirərək, narazı qalmadığını gizlətməyib: "Oyunun hansı sürətdə keçdiyini özünüz gördünüz. Bir az yorğunluq vardı. Buna baxmayaraq, bu cür oyunlarda hamı sona qədər meydanda olmaq istəyir. Amma mən də, baş məşqçimiz də yorğun olduğumu bilirdi. Bu, oyunun bir hissəsidir, belə məqamlar olur".

28 yaşlı forvard "Qarabağ" da qalmaq istəyin nə dərəcədədi" sualına belə cavab verib: "Onu deyə bilərəm ki, olduğum yerdə çox xoşbəxtəm. Təmsil etdiyim ölkəyə, oynadığım kluba görə qürurluyam. Eyni zamanda gəldiyim kluba tez bir zamanda adaptasiya oldum. Bu futboldu, hər şey ola bilər. İndi yerli çempionata köklənməli, mövsümün sonunu gözləməliyik. Futbolda hər şey ola bilər və buna hazır olmalıyıq".

Xatırladaq ki, Olavio Almaniya Bundesliqasının liderinə həm Bakıda, həm də Leverkuzendə qol vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC