AFFA idman jurnalistləri üçün "Kəpəz"in yeni istifadəyə verilən futbol akademiyasına media tur təşkil edib

AFFA idman jurnalistləri üçün "Kəpəz"in yeni istifadəyə verilən futbol akademiyasına media tur təşkil edib.

Presssport.az-ın Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, media nümayəndələri akademiyanın binası və məşq mərkəzi ilə tanış olublar.

AFFA-nın infrastruktur üzrə meneceri Fuaf Cəfərov görülən işlər, yaradılan şərait barədə ətraflı məlumat verib. O, vurğulayıb ki, akademiya və məşq mərkəzi FİFA, UEFA və AFFA-nın birgə dəstəyi sayəsində inşa olunub.

Akademiyada 96 nəfərin qalması üçün şərait yaradılıb. Üç mərtəbədən ibarət binada klubun baş ofisi, inzibati mərkəz, restoran, futbolçuların və akademiya üzvlərinin istirahəti üçün otaqlar, sauna, fitnes zalı mövcuddur. Binanın hər bir mərtəbəsində Gəncə və Azərbaycan futbolunun görkəmli nümayəndələri ilə bağlı məlumat lövhələri yerləşdirilib.

Akademiyanın restoranından eyni zamanda iki komandanın istifadə etməsi üçün şərait yaradılıb. İclas otağında isə 50-ə yaxın şəxsin iştirakı mümkündü. Akademiyada qalanlar üçün 6 nəfərlik standart otaqlar nəzərdə tutulub.

Xatırladaq ki, akademiya və məşq mərkəzi artıq klub üzvlərinin istifadəsinə verilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC