Sərxan Hacıyev "Kəpəz"in akademiyasından və liqalarda oyun alqı-satqısına dair şübhələrdən danışdı

“Gəncədə inşa olunan akademiya ölkədə ən böyük futbol bazasıdı”.

Presssport.az-ın Gəncəy ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev media turu çərçivəsində “Kəpəz” klubunun nəzdində FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfindən inşa olunmuş Məşq Mərkəzi və Futbol Akademiyası ilə tanışlıq barədə jurnalistlərə açıqlamasında deyib.

O, bu akademiyanın ölkə futboluna böyük fayda verəcəyini bildirib: "Bu bazadan əlavə, iki təbii və bir süni ot örtüklü məşq meydançası, eləcə də son illərdə Gəncə şəhərində iki ədəd meydança inşa olunub. AFFA hər zaman regionlarda infrastruktur layihələri həyata keçirir. Ölkə futbolunun inkişafı üçün əlimizdən gələn hər şey edəcəyik”.

Baş katib I və II Liqa klubları arasında oyun alqı-satqısına dair şübhələrin olduğunu da söyləyib: “Bununla bağlı müvafiq tədbirlər görülür. Yaxın zamanda ictimaiyyətə də məlumat veriləcək. Biz də çalışırıq ki, futbolumuzda belə hallar baş verməsin”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC