"Qarabağ" məğlub olmasına baxmayaraq, bizim üçün qalibdi" - AFFA-nın baş katibi

"Qarabağ" məğlub olmasına baxmayaraq, bizim üçün qalibdi".

Presssport.az-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev "Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsində Almaniya "Bayer"inə iki oyunun nəticəsində 4:5 hesablı ilə məğlub olduğu oyun barədə danışarkən deyib. 

O, Ağdam klubunun məğlub olmasına baxmayaraq, layiqli mübarizə apardığını qeyd edib: "Bizə möhtəşəm hissləri yaşatdıqları üçün bütün kollektivə təşəkkür edirik. Qurban Qurbanovun komandası "Bayer"dən öncə Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın adlı-sanlı komandalarından "Braqa"nı mübarizədən kənarlaşdırmağı bacardı. Düşünürəm ki, "Qarabağ" növbəti mərhələyə vəsiqə qazanmasa da, bizə görə qalibdi".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC