"Neftçi" "Səbail"i darmadağınla yola saldı

Bu gün Premyer Liqada III dövrənin son turu start götürüb.

Presssport.az xəbər verir ki, XXVII tur üç günü əhatə edəcək.

Turun açılış oyunu "Neftçi Arena"da paytaxt derbisi ilə baş tutub. Belə ki, 37 xalla 4-5-ci yerləri bölüşən "Neftçi" və "Səbail" münasibətlərinə aydınlıq gətiriblər. Qalib tərəf azı bir günlük 2-ci yerə yüksələcək.

Tərəflər arasında bu mövsümə təsadüf edən ilk iki dueldə üstünlük "Neftçi"nin tərəfindəydi. "Ağ-qaralar" ilk dövrədə 1:1 hesablı heç-heçəylə kifayətlənibsə, ikinci dövrədəki görüşdə 4:2 qalib gəlib. Elə bu oyunda da sevinən tərəf "Neftçi" olub. Özü də Miodraq Bojoviçlə qələbə böyükhesablı olub.

Qeyd edək ki, tur çərçivəsində sabah “Zirə” – “Kəpəz” və “Araz-Naxçıvan” – “Qəbələ” qarşılaşmaları, birigünsə “Turan Tovuz” – “Qarabağ” və “Sumqayıt” – “Sabah” matçları keçiriləcək.

15 mart (cümə)

“Neftçi” - “Səbail” - 3:0
Qollar: Nir Bardea, 23-öz qapısına. Azər Salahlı, 27, Yeqor Boqomolski, 85.
Bakı. "Neftçi Arena" stadionu 

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı
4. Mark Tamaş, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 26. Ömər Buludov, 91. Ağadadaş Salyanski, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdez, 9. Andre Şinyaşiki, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.
Səbail: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah, 7. Madi Queta, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 4. Adi Mehremiç, 77. Ayub Masika, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC