Ozan Can Kökçü Bakıya 1 xalla gəlir

Niderland I Divizionunda XXXII turun oyunları keçirilib.

Presssport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven bu turda

səfərdə “Dordrext”lə qarşılaşıb. Oyun qolsuz bərabərliklə yekunlaşıb.

Ozan əsas heyətdə meydana çıxaraq 90+2-ci dəqiqədə əvəzlənib.

“Eyndhoven” hazırda 38 xalla 13-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Ozan millimizin martın 18-25-i aralığında Bakıda baş tutacaq təlim-məşq toplanışına dəvət alıb. Yığmamız bu arada “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığması ilə qarşılaşacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC