Antalyada gənc güləşçilər arasında "Çempionlar" turnirindı millimizin heyəti açıqlanıb

Bu gün Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında "Çempionlar" turniri başlayacaq.

Presssport.az  xəbər verir ki, üç gün davam edəcək yarışda ölkəmizi sərbəst və qadın güləşi üzrə U-20 milli komandalarımız təmsil edəcək.

Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında 10 sərbəst güləşçimiz ənənəvi turnirdə çıxış edəcək:

57 kq. Elman Ağayev

61 kq. Ruslan Abdullayev

65 kq. Musa Ağayev

70 kq. Ramik Heybətov

74 kq. Əhməd Əhmədli

79 kq. Emin Qocayev

86 kq. Sadiq Mustafazadə

92 kq. Anar Cəfərli

97 kq. Rəvan Musayev

125 kq. Yusif Dursunov

Böyük məşqçi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 6 qadın güləşçimiz yarışda çıxış edəcək:

50 kq. Aysel Məmmədzadə, Elvina Kərimzadə

53 kq. Əsmər Cankurtaran

55 kq. Nərgiz Səmədova

57 kq. Gülər Həbibova

62 kq. Ruzanna Məmmədova

68 kq. Fatimə İsayeva

“Çempionlar” turnirində beynəlxalq dərəcəli hakim Sevinc Yusibova ədaləti qoruyacaq.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC