Azərbaycan çempionatlarında mövsümün rekordu qeydə alınıb

Azərbaycanın futbol çempionatlarında 2023/24 mövsümünün ən böyükhesablı səfər qələbəsi qeydə alınıb.

Presssport.az xəbər verir ki, bu, "Qəbələ-2"nin "Araz-Naxçıvan-2"yə qalib gəldiyi (9:0) Əvəzedicilər liqasının XXVII turunun oyununda gerçəkləşib.

Bu, cari mövsüm PFL-in bayrağı altında keçirilən bütün turnirlərdə qeydə alınan 3-cü belə nəticədi. Bunadək iki dəfə 9 top fərqi qeydə alınıb.

Belə nəticələr II Liqada yaşanıb. 2023-cü il noyabrın 6-da “Şahdağ Qusar” “Dinamo”nu, martın 5-də “Cəbrayıl” “Kürmük Qax”ı 9:0 hesabı ilə məğlub edib. Lakin həmin qarşılaşmalar meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

“Qəbələ-2” səfərdə ən böyükhesablı qələbənin müəllifi kimi rekorda imza atıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC