"Qarabağ" Belarusda darmadağınla başladı

“Qarabağ”ın 14 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə mübarizəyə başlayıb.

Presssport.az xəbər verir ki, Asif Əlizadənin komandası Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirinin ilk turunda Rusiya “Lavina”sı ilə görüşüb.

C qrupunda yer alan "köhlən atlılar" bu qarşılaşmada 6:0 hesabı ilə qalib gəlib. 2-ci dəqiqədə Əhəd Hacızadə hesabı açıb. Oyunun 4 və 6-cı dəqiqələrində Daniil Rəcəbov dubla imza atıb. 8-ci dəqiqədə Vaqif Nəbiyev, 20-ci dəqiqədə Seyid Zalov, 39-cu dəqiqədə Murad İsmayılov qol vurub.

Qeyd edək ki, "Qarabağ" qrupdakı digər iki matçını bu gün keçirəcək. Təmsilçimiz öncə Rsuiya “Rotor”uyla, ardınca Belarus BATE ilə qarşılaşacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC