"Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu I Liqa klubuna keçdi

"Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu Elvin Yunuszadə özünə yeni klub tapıb.

Presssport.az xəbər verir kİ, 34 yaşlı mərkəz müdafiəçisi I Liqa təmsilçisi “İmişli”yə keçib.

O. bölgə klubuyla cari mövsümün sonunadək müqavilə imzalayıb.

"İmişli" hazırda 35 xalla 3-cü pillədə qərarlaşıb və lider "Qaradağ Lökbatan"dan 1 xal geri qalır.

Xatırladaq ki, milllimizin də sabiq üzvü olan Yunuszadə "Neftçi" və "Qarabağ"dan başqa, “Simurq”, “Sabah”, “Səbail”, “Çelik”(Bosniya və Herseqovina), “Şkupi”(Şimali Makedoniya), “Şamaxı”, “Kəpəz"də oynayıb. Onun son klubu da I Liqa təmsilçisi - bu mövsümün ilk yarısında forma geyindiyi “İrəvan” olub. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC