Avarçəkənimiz İtaliyada nüfuzlu tunirdə medalçı oldu

İtaliyada təşkil edilən akademik avarçəkmə üzrə “Paolo De Aloya” xatirə turnirinə yekun vurulub. 

Presssport.az xəbər verir ki, sayca 38-ci dəfədir keçirilən yarışda yığma komandamızın üzvü Diana Dımçenko ardıcıl 2-ci il fərxi kürsüdə yer tutub.

Diana 1 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşlərdə təsnifat mərhələsini 1-ci yerdə tamamlayaraq əsas final olan A finalına vəsiqə qazanıb. Burda idmançımızı qızıl medaldan cəmi bir-neçə saniyə ayırıb. Serbiyalı Arsik Yovanadan (08:01:16 - 08:05:47) 4 saniyə geri qalan Diana turnirin gümüş medalına sahib olub. 

Xatırladaq ki, Dımçenko ötən il “Paolo De Aloya” turnirində 1-ci yer tutub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC