"Neftçi" Vaqif Sadıqovu təbrik etdi

“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov veteran futbolçu Vaqif Sadıqovu 65 illik yubileyi münasibətilə təbrik edib.

Presssport.az xəbər verir ki, yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib. Bu, "ağ-qaralar"ın “65 nömrə”li forması olub. 

Qeyd edək ki, Sadıqov 1980-87-ci və 1989-cu illər ərzində “Neftçi”nin heyətində 126 oyunda meydana çıxıb. 1993-1995, 2009-2010-cu illərdə “ağ-qaralar”ı çalışdırmış təcrübəli mütəxəssis 1995-ci ildə baş məşqçi kimi ona Azərbaycan Kubokunu və Superkubokunu qazandırıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC