"Sumqayıt" öz rekordunu yeniləyib

“Sumqayıt” tarixi ərzində bir mövsümdə ən çox xalı toplayıb. 

Presssport.az xəbər verir ki, “Kimyaçılar” bu nailiyyətə Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünün XXVIII turunun “Araz-Naxçıvan”la oyununda qazandığı qələbə sayəsində çatıb. Belə ki, cari mövsümdə xallarının sayını 42-ə çatdıran Samir Abasovun komandası bununla da tarixi rekorda imza atıb.

“Sumqayıt” bundan öncə ən çox xalı 2017/18 mövsümünün yekununda toplamışdı – 40 xal. Sözügedən mövsümdə çempionatda 8 komanda mübarizə aparırdı və ümumilikdə 28 tur oynanılmışdı.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC