Voleybol çempionatında əsas mərhələnin son oyunlarının vaxtı müəyyənləşib

Kişi voleybolçular arasında Azərbaycan çempionatında əsas mərhələnin son oyunlarının vaxtı müəyyənləşib.

Presssport.az xəbər verir ki, qarşılaşmalar aprelin 4-də və 8-də keçiriləcək.

İlk olaraq sabah saat 17:00-da “Murov Az Terminal” öz meydanında MOİK-lə görüşəcək. Eyni vaxtda GİN-in Voleybol Mərkəzində “Azərreyl” və “Neftçi” qarşılaşacaq.

Aprelin 8-də çempionatın əsas mərhələsində son turunun oyunları baş tutacaq. “Murov Az Terminal”ın idman zalında “Neftçi” və MOİK münasibətlərinə aydınlıq gətirəcəklər. Günün digər oyunu GİN-in Voleybol Mərkəzində “Murov Az Terminal”la “Azərreyl” arasında olacaq. Hər iki qarşılaşma saat 17:00-da başlayacaq.

Daha sonra çempionatda pley-off görüşləri baş tutacaq və komandalar yarımfinalda qarşılaşacaq.

Qeyd edək ki, hazırda “Azərreyl” 44 xalla turnir cədvəlinə başçılıq edir. Onun ən yaxın izləyicisi 40 xalla “Murov Az Terminal”dı. Hesabında 25 xal olan “Neftçi” isə 3-cü yerdə qərarlaşır.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC