Şkrtel "Zirə"nin avrokuboklarda mübarizədən kənarlaşdırdığı kluba idman direktoru təyin olunub

Slovakiya millisinin və "Liverpul"un sabiq futbolçusu Martin Şkrtel klub funksioneri kimi fəaliyyət göstərəcək. 

Presssport.az xəbər verir ki, 39 yaşlı keçmiş müdafiəçi öz ölkəsində "DAC 1904"ün idman direktoru təyin olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Millisində 104 oyun keçirlən Şkrtel 6 qol vurub.

Zatırladaq ki, "DAC 1904" bu mövsüm Konfrans Liqasının II təsnifat mərhələsinin hər iki oyununda "Zirə"yə uduzaraq (0:4, 1:2) mübarizəni dayandırıb.  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC