"Araz-Naxçıvan"ın zədəli futbolçusu sıraya döndü

Premyer Liqanın XXIX turunda “Kəpəz”lə evdə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, zədəli olduğuna görə son 2 matçda iştirak etməyən İqor Ribeyro komanda ilə məşqlərə qoşulub.

Braziliyalı müdafiəçinin Gəncə təmsilçisi ilə matçda meydana çıxıb-çıxmayacağı oyun günü məlum olacaq. “Sumqayıt”la görüşdə zədələnərək əvəzlənən Aksel Nqandonun müalicəsi isə davam edir. 

Qeyd edək ki, aprelin 5-də keçiriləcək “Araz-Naxçıvan” – “Kəpəz” oyunu saat 20:00-da başlayacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC