Abdullayev "Dinamo"nun prezidenti təyin olunub

Aprelin 4–də Müşahidə Şurasının qərarı ilə Adil Abdullayev “Dinamo” reqbi klubunun prezidenti təyin olunub. 

Presssport.az xəbər verir ki, Abdullayev bundan öncə 10 ildən çox QHT rəhbəri və dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb.

Onun peşəkar idarəetmə və komanda quruculuğu istiqamətində böyük uğurları, ciddi təcrübəsi var.

Abdullayev eyni zamanda peşəkar idarəçilər üçün təşkil olunan Yüksəliş müsabiqəsinin finalçısıdır.

Onu da bildirək ki, Müşahidə Şurasının qərarı ilə Təbriz Həmdullayev klubun vitse-prezidenti təyin olunub. “Dinamo” qarşısında duran əsas vəzifə ən qısa zamanda heyəti formalaşdırıb, ölkə çempionatında yüksək nailiyyətlər əldə edərək beynəlxalq yarışlarda ölkəni layiqli təmsil etməkdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC