"Turan Tovuz"un itkiləri bitmir - biri zədəli, biri cəzalı oldu

"Turan Tovuz"un panamalı legioneri Roderik Miller zədələnib.

Presssport.az xəbər verir ki, komandanı kapitan kimi çıxardığı “Sabah”la səfər matçında bu üzdən 2-ci hissədə əvəzlənən mərkəz müdafiəçisinin ayağı burxulub.

Tovuzluların baş məşqçisi Ayxan Abbasov Millerin növbəti turda oynamasının sual altında olduğunu gizlətməyib: “Fərid Yusiflinin də millidə ayağı burxuluvb, 2-ci həftədi oynada bilmirik. Ayxan Quseynovda da həmin problemdi. Roderin durumuna baxacağıq”.

"Turan Tovuz"un növbəti turda “Qəbələ”ylə səfər matçında ispaniyalı yarımmüdafiəçisi Aleks Serranonun oynamayacağı indidən bəllidi. Belə ki, bu legioner bigünkü qarşılaşmada vərəqə limitini aşdığına görə cəzalı duruma düşüb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC