Azərbaycanın tanınmış futbolçusu ictimaiyyətdən yardım istədi

Millimizin sabiq futbolçusu Vadim Vasilyev ictimaiyyətdən yardım istəyib.

Presssport.az xəbər verir ki, o, bu barədə şəxsi “Facebook” hesabında paylaşım edib.

52 yaşlı keçmiş hücumçu bir müddətdir xəstəlikdən əziyyət çəkir. O, bu il fevral ayında insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Vasilyev paylaşımında ictimaiyyətdən maddi yardım istəyib və qeyd edilən bank kartının nömrəsini yazıb: 
4169 7388 8139 5176 
Kapital Bank

Xatırladaq ki, Vasilyev karyerası ərzində (1993-2007-ci illərdə) “Xəzri”, “Bakı Fəhləsi” “Neftçi”, “Qarabağ”, “Bakı”, “Olimpik” və “Karvan” komandalarının formasını geyinib. Ukraynada legioner həyatı da yaşayan veteran futbolçu “Medita”, “Metallurq” (Donetsk) və “Tavriya” klublarında çıxış edib. O, millimizin heyətində 33 oyun keçirərək 2 qol vurub.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC