"Turan Tovuz" Milleri itirdi - sifətindən zərbə aldı

"Turan Tovuz" Misli Premyer Liqasının VII turunda “Araz-Naxçıvan”la ev matçında ciddi itkiylə üzləşib.

Presssport.az-ın Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki,meyda sahiblərinin panamalı mərkəz müdafiəçisi Roderik Miller artıq ilk 15 dəqiqədə əvəzlənməli olub.

Belə ki, Miller rəqibin braziliyalı hücumçusu Ramon Maçadoyla sifətindən zərbə alıb. Baş hakim bu ayaq zərbəsinə görə “sambaçı”yıa sarı vərəqə göstərməklə kifayətlənib.

Meydana daxil olan həkimlərin tibbi yardımından sonra sifətinə sarğı qoyulan Roderikin əvəzlənməsi daha məqsədəuyğun sayılıb. Onun yerinə iranlı Araş Qaderi meydana daxil olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC