Boksçumuz Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb

Azərbaycan boksçusu Zidan Hümbətov Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb.

Presssport.az xəbər verir ki, 51 kq çəkidə mübarizə aparan yığma üzvü Cemi Kollinsdən (İrlandiya) güclü olub.

O, ilk 2 raundda qələbə qazanıb. Üçüncü raundda isə hakim rəqibi diskvalifikasiya edib və Hümbətov 1/4 finala yüksəlib.

Boksçu növbəti döyüşünü aprelin 11-də Safari Mohammad Rizaya (İngiltərə) qarşı keçirəcək.

Abbasqulu Şadlinski (67 kq) isə 1/8 finalda Artur Vayslaya (Latviya) uduzub.

Qeyd edək ki, Avropa birinciliyinə aprelin 14-də yekun vurulacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Bugün

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC