Azər Bağırovun korpusundan biri gedir - adı bəlli

Azər Bağırovu istefaya göndərən “Araz-Naxçıvan” yeni baş məşqçisini açıqladı. Bu, “Qəbələ”nin sabiq çalışdırıcısı Elmar Baxşıyevdi. Onun sabiq komandasında birgə işlədiyi Xaqani Məmmədovla Rasim Ramaldanovu özüylə birgə gətirməsi də rəsmən açıqlanıb. 

Bəs, maraqlıdı, Bağırovun korpusundan kimlər qalır? Presssport.az-ın əldə etdiyi məlumata görə, yalnız bir gediş olacaq. Belə ki, Bağırovun əsas köməkçisi olan Araz Bağırov yeni baş məşqçinin komandasında olmayacaq. Bunun yalnız rəsmiləşməsi qalıb. 

Məhz Araz Bağırovun ayrılığı təsadüfi deyil. Axı, naxçıvanlıların sabiq baş məşqçisinin qardaşıdı və Premyer Liqaya çıxdıqları vaxtda komandaya dəvət olunmuşdu. Bağırovun digər köməkçilərindən Vadar Nuriyev, Rail Məlikov, Əfran İsmayılov, qapıçılarla işləyən Ramiz Kərimov və fiziki hazırlıq üzrə serbiyalı məşqçi Miloş Yevtiç fəaliyyətini davam etdirirlər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Bugün

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC