Çerçesov millimizin yeni baş məşqçisi olmayacaq - özü açıqladı

Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesov xarici təkliflərdən imtina etdyini açıqlayıb.
Presssport.az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssis “Matç TV”ə açıqlamasında danışıb: "Xarici ölkələrdən zənglər var. Görüşüb, danışmaq lazımdır. Amma bu keşməkeşli vaxtlarda xaricdə yox, öz ölkəmdə işləmək istəyirəm. Lakin hazırda Rusiyada hər hansı klubdan təklif yoxdu".
Xatırladaq ki, Rusiya mətbuatında 60 yaşlı Çerçesovun yeni baş məşqçisi axtarışında olan Azərbaycan millisinə rəhbərlik edəcəyi ilə bağlı son günlərdə davamlı xəbərlər yer alır.

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC