Stolüstü tennisçimiz Lüksemburqda beynəlxalq təlim-məşq toplanışına qatılıb

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, millinin baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə “China Table Tennis College Europe” qurumunun Lüksemburqda keçirdiyi hazırlıq prosesinə qatılıb.

Toplanışa dünya səviyyəli çinli məşqçilər - 4 qat Olimpiya çempionu Zhanq Yinqyinqlə digər Olimpiya çempionu Yanq Sen rəhbərlik edirlər. Hazırlıq prosesi aprelin 15-də başa çatacaq.

Quluzadə ardınca aprelin 17-20-də Lüksemburqda keçiriləcək “WTT Youth Contender” turnirində bacarığını göstərəcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC