Nicat Abasov yenə məğlub oldu

Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turnirində V turun görüşləri keçirilib.

Presssport.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Nicat Abasov yenə uğursuz nəticə ilə yadda qalıb.

Belə ki, qrossmeysterimiz Hindistan təmsilçisi Dommaracu Qukeşə məğlub olub. Abasov qara fiqurlarla çıxış edib. Şahmatçımız VI turda Hindistanın digər təmsilçisi Rameşbabu Praqnanandha ilə qarşılaşacaq.

Abasov 1,5 xalla 7-8-ci yerləri bölüşdürür. Cədvələ 3,5 xalla Yan Nepomnyaşi (FIDE) və Dommaracu Qukeş şərikli liderlik edirlər.

Xatırladaq ki, yarış aprelin 22-dək davam edəcək. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində 1-ci yeri tutan hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək. Turnirin ümumi mükafat fondu 500 min avro təşkil edir. Qalib 48 min avro qazanacaq.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC