Millimizin sabiq futbolçusunun oğluna 100 milyon avro qiymət qoyuldu

"Napoli" aparıcı futbolçusu Xviça Kvaratsxeliyaya qiymət qoyub.

Presssport.az xəbər verir ki, Neapol təmsilçisi 22 yaşlı gürcüstanlı sol cinah yarımmüdafiəçisi 100 milyon avroya satmağa hazırdır. 

Xviça PSJ və "Barselona"nın maraq dairəsindədi. İtaliya A Seriyasının son qalibi onunla müqaviləni uzatmaqda da maraqlıd. Daxil olan təkliflər əsasında yekun qərar veriləcək.

Bu mövsüm Kvaratsxeliya bütün turnirlərdə 39 matçda çıxış edərək 10 qol vurub və 7 məhsuldar ötürməsi verib.

Xatırladaq ki, Xviça millimizin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludu. 
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Bugün

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC