"O, təklif etdi ki, qolumu belə qeyd edim, etiraz etmədim - Emil Mustafayev

Ukraynanın "Polesye" klubunun azərbaycanlı futbolçusu Emil Mustafayev Premyer Liqanın XXIII turunda “Minay” üzərində qazandıqları qələbəni (3:2) şərh edib.

Presssport.az xəbər verir ki, bu görüşdə qolla yadda qalan millimizin yarımmüdafiəçisi klubun rəsmi saytına açıqlamasında vurduğu qələbə topundan da danışıb:

"Allaha şükür edirəm ki, çoxdan gözlənilən bu cür qələbə qazandıq. Meydanda çox səy göstərdik və hesab edirəm ki, qələbəyə layiq idik. Vurduğum qola gəlincə, Talles təklif etdi ki, qolu bu cür qeyd edək. Təbii ki, soruşanda etiraz etmədim. Çünki o, yoldaşımızdı, dostumuzdu, qardaşımızdı. Filip Budkovskinin davam edə bilməyəcəyi bəlli olanda məşqçi 4-4-1 sxeminə keçməyimizi dedi. Doğrudan da 10 nəfər oynamaq çətin oldu, amma bacardıq".

Onu da bildirək ki, "Polesye" 23 tura 36 xal qazanaraq 6-cı pillədə qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC