2 parateakvondoçu “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülüb

Azərbaycan millisinin 2 parateakvondoçusu “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülüb.

Presssport.az xəbər verir ki, Amin Şıxəliyev (63 kq) və İmaməddin Xəlilov (70 kq) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən ayın yekunu ilə bağlı görüşdə təltif olunub.

Ona müvafiq vəsiqə və döş nişanlarını gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.

Avropa və dünya çempionu, Tokio-2020 Yay Paralimpiya Oyunlarının iştirakçısı olan İmaməddin Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarına da lisenziya qazanıb. O, öz çəki dərəcəsində dünya reytinqində birincidir. Amin Şıxəliyev isə son Avropa çempionatının bürünc mükafatçısıdır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC