PFL-in qəzaya düşən rəhbərliyindən xoş xəbər: Aslan Şahgəldiyev evə buraxıldı, Elxan Səmədov isə...

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev xəstəxanadan evə buraxılıb.

Bu haqda Presssport.az-a məlumat verən qurumun media və marketinq direktoru Sənan Abdullayev Şahgəldiyevin bu müddətdə klininada qalmasının əsas səbəbinin fizioterapiyanın gündə 2 dəfə olduğunu söyləyib: “Bu zaman evə gedib-gəlmək çətin olurdu. İndisə prosedur artıq 1 dəfə keçdiyinə görə xəstəxanada qalmağa ehtiyac yoxdu. Aslan müəllim bundan sonra evə gedib-gələcək, daha sonra isə inşallah, ara-sıra işə gəlmək ehtimalı da var. Artıq özü ayaq üstə qalxır, müəyyən bir məsafələri yeriyir. Təbii ki, bu, dayaq, dəstəkçi vasitəsilə olur. Qoltuq ağaclarına keçəndən sonra artıq işə gələcək".

Abdullayev qəzada ağır xəsarət alan PFL prezidenti Elxan Səmədovun son durumu haqda da danışıb: “Onu hər gün bir az ayaq üstə qaldırırlar. Amma reabilitasiyasına hələ bir müddət - 1 ay var. Həmin müddət tam xəstəxana şəraitində olacaq. Bu, sırf ayaq üsrə qaldırılma mərhələləridi və reabiltiasiyaları Şahgəldiyevin əvvəlki vəziyyəti kimidi. Yəni, azı gündə 2, nadir hallarda 3 dəfə olacaq. Amma əsasən gündə 2 dəfə, 2 saatdan ibarət olur. Şükür Allaha ki, Elxan müəllim daha əməliyyat olmayacaq və hər şey yaxşılığa doğru gedir”.

Xatırladaq ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə Səmədovla Şahgəldiyevla yanaşı, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC