"Sərhədçi" pley-offun bir addımlığında

Azərbaycan Basketbol Liqasında (ABL) 17-ci tura start verilib.

Presssport.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutmuş turun açılış oyununda "Xəzri" və "Sərhədçi" üz-üzə gəlib. 

Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşmış "Xəzri" pley-off uğrunda mübarizə aparan "Sərhədçi" klubu ilə qarşılaşıb.

Oyuna fəal başlayan "Sərhədçi" rəqibi üzərində 98:70 hesablı qələbə qazanaraq, pley-off şanslarını artırıb. Bu turda “Sumqayıt” “Sabah”a məğlub olarsa, "Sərhədçi" pley-off mərhələsinə vəsiqəni təmin edəcək.

Ən məhsuldar basketbolçular: "Xəzri" (Yusuf Mohəmməd - 24 xal, 4 ribaund ), "Sərhədçi" (Cəbrayıl Əkbərov - 18 xal, 8 ribaund).


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC