30 min manat mükafat olan Azərbaycan şahmat çempionatı başladı

Bu gün kişi şahmatçılar arasında Azərbaycan çempionatına start verilib.

Presssport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşkil etdiyi yarış 9 turdan ibarətdi.

İlk 4 yerin sahibi ikinci mərhələdə çempionluq uğrunda mübarizəni davam etdirəcək. 20 şahmatçının iştirak etdiyi turnirin reytinq favoriti Aydın Süleymanlıdı.

Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.

Çempionatın baş hakimi Lütfiyar Rüstəmovdu.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC