"Bayer"i dayandıran tapılmır - "Yuventus"un Avropa rekordunu təkrarladı

“Bayer” Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Vest Hem”I məğlub edərək (2:0)
məğlubiyyətsizlik seriyasını 42 oyuna çatdırıb.
Presssport.az xəbər verir ki, bununla da Leverkuzen təmsilçisi “Yuventus”un rekordunu təkrarlayıb.

Belə ki, Turin klubu 2011/12 mövsümündə Antonio Konte baş məşqçi olanda bütün turnirlərdə 42 oyun uduzmamaqla Avropada indiyədək rekordçu idi. Xabi Alonsonun komandası daxili çempionatda növbəti turda “Verder” üzərində qələbə qazansa, həm “köhnə qitə”də yeni rekordçu olacaq, həm də öz ölkəsində çempionluğunu elan edəcək.

Almaniya Bundesliqasında lider olan Leverkuzen təmsilçisi Avropa Liqası ilə yanaşı, ölkə kubokunda da mübarizəni davam etdirir və finalda "Kayzerslautern"lə görüşəcək. “Bayer” Avropa Liqasında da çempionluğa əsas namizəd sayılır.

Onu da bildirək ki, Xabi Alonsonun komandası 42 matçdan 37-də qalib gəlib, 5-də heç-heçə edib və 118 qol vurub.
 

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Bugün

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC