Rəşad Sadıqov 3 futbolçusunu "Mehdi Hüseynzadə"də oynada bilməyəcək

Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində bu gün "Sumqayıt"ın qonağı olacaq "Zirə" oyuna itkilərlə çıxacaq.

Pressssport.az xəbər verir ki, baş məşqçi Rəşad Sadıqov cinah müdafiəçiləri Məqsəd İsayev, Cibrila İssa və braziliyalı hücumçu Filipe Paxtman zədə səbəbindən oynada bilməyəcək.

Meydan sahiblərində isə yeganə oyunçu itkisi zədə üzündən mövsümü qapaması hələ qış fasiləsinədək bəlli olan şimali makedoniyalı yarımmüdafiəçi Kristian Velinovskidi. “Sumqayıt”da digər itki cəzalı olan məşqçisi Seymur Rəhimovdu.

Xatırladaq ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq "Sumqayıt" - "Zirə" matçı saat 19:00-da start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC