"Neftçi"ylə "Sumqayıt" arzuolunmaz rəqibləri qonaq edəcək - 14 oyunluq həsrət bitəcək?

Bu gün Premyer Liqada start götürəcək.

Presssport.az xəbər verir ki, start mərkəz matçla olacaq.

Belə ki, medalllar uğrunda mübarizə aparan "Sumqayıt"la “Zirə ”Mehdi Hüseynzadə"də münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşü 6 xallıq qarşılaşma kimi səciyyələndirmək olar. Üstəlik, burda prinsipal məqam odur ki, "Sumqayıt" 14 oyundu “Zirə”ni məğlub edə bilmir. Hazırda 2-ci pilllədə olan Rəşad Sadıqovun komandası qalib gələrsə, rəqibiylə xal fərqini 5-ə yüksəldərək böyük üstünlük qazanacaq.

Turun əyalətdəki yeganə matçında bölgə klubları qarşılaşacaq. Belə ki, avrokuboklara şansı az olmayan "Turan Tovuz" son pillənin sahibi "Qəbələ"bin qonağı olacaq. Ayxan Abbasovun komandası qalib gələrək turnir cədvəlində daha bir pillə irəliləyib 5-ci pilləni "Sabah"ın əlindən almaq şansı yüksəkdi. Çünki Masazır təmsilçisi bu tur evdə oynasa da, rəqibi artıq çempion olan "Qarabağ"dı. Ağdam klubu qızıl medalları özünə təmin edəndən sonra da arxayınlaşmayaraq nəticəyə oynayır.

Bu turda baş məşqçi debütü də olacaq. Belə ki, Elmar Baxşıyev “Araz-Naxçıvan”ın çalışdırıcısı kimi ilk matça çıxacaq. Bu, “Neftçi”ylə səfər görüşü olacaq. “Ağ-qaralar” zirəlilərin Sumqayıtda büdrəməsinə ümid edərək qalib gəlməklə 2-ci pilləni qaytarmaq fikrindədi. Amma da onu da nəzərə alaq ki, “Neftçi” naxçıvanlıları sabiq baş məşqçisi Azər Bağırovun

dönəmində yenə bilmədi.

Avrokuboklar iddiası olan "Səbail" autsayder “Kəpəz”i qonaq edəcək. Adil Şükürov bu postda debüt etdiyi “ASCO Arena”ya yenə komandasını çıxaracaq. Gəncəlilərin “dənizçilər”lə ev matçlarında darmadağın olunması diqqət çəkir. 

12 aprel (cümə)

19:00. "Sumqayıt" – "Zirə"

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Kamal Umudlu.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Cari çempionatdakı matçlar - 0:1, 0:0, 0:0

13 aprel

16:30. "Qəbələ" – "Turan Tovuz"
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.

Qəbələ şəhər stadionu

Cari çempionatdakı matçlar - 2:2, 4:0, 2:1

19:00. "Neftçi" – "Araz-Naxçıvan"
Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Elman Musayev.

"Neftçi Arena"

Cari çempionatdakı matç - 0:1, 1:1, 0:1

14 aprel

16:30. "Səbail" – "Kəpəz"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

"ASCO Arena"

Cari çempionatdakı matçlar - 3:0, 0:0, 4:1

19:00. "Sabah" – "Qarabağ"
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

"Bank Respublika Arena"

Cari çempionatdakı matçlar - 0:2, 1:2, 3:3

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC