Yenə 0:0

Bu gün Premyer Liqada XXX tura start verilib.

Presssport.az xəbər verir ki, günün tək matçı Sumqayıtda olub.

Belə ki, bu şəhərin eyndialı təmsilçisi "Zirə"ni qəbul edib. 

Turun mərkəzi matçı qolsuz bərabərliklə bitib. Bununla da cari mövsümdə bu komandaların ardıcıl 3-cü görüşü 0:0 hesabıyla yekunlaşıb. 

Ümumiyyətlə, bu çempionatda “Sumqayıt”la "Zirə" arasında oyunlarda cəmi 1 qol vuruldu. Bu, ilk dövrədə Zirədə meydan sahiblərinin 1:0 qalib gəldiyi görüşdü.

Xatırladaq ki, turun digər qarşılaşmaları aprelin 13-14-də keçiriləcək.

12 aprel (cümə)

19:00. "Sumqayıt" – "Zirə" - 0:0

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Kamal Umudlu
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
Cari çempionatdakı matçlar - 0:1, 0:0, 0:0

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata, 23. Cordan Rezabala

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 58. Oktavio Manteka, 10. Kamran Aliev, 9. Erik Sorqa, 60. Tresor Mossi

Baş məşqçi: Samir Abasov

“Zirə”: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 66. Pərviz Azadov, 5. Stefan Aka, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 28. Abbas İbrahim

Baş məşqçi: Rəşad Sadıqov


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC