"Sabah" vahid lider oldu, "Sumqayıt"ın pley-off şansları bitdi

Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının XVII turunun 3-cü oyunu baş tutub.

Presssport.az xəbər verir ki, pley-off uğrunda mübarizə aparan "Sumqayıt" çempionatın liderlərindən sayılan “Sabah”la qarşılaşıb. 

Oyun "Sabah" ın 93:73 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da adıçəkilən komanda turnir cədvəlində vahid lider olub. Məğlub olmuş "Sumqayıt" pley-off şanslarını itirib və “Sərhədçi”nin pley-offa vəsiqə qazanması rəsmiləşib.

Ən məhsuldar basketbolçular: "Sumqayıt" (Lenard Dikson - 28 xal, 7 ribaund), "Sabah" (Dezmond Kembric - 23 xal, 8 ribaund)
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC