"Turan Tovuz" Qəbələdə 5 itkiylə - 4-ü mərkəz yarımmüdafiəçisidi

“Turan Tovuz” Premyer Liqanın XXX turunda "Qəbələ"ylə səfər matçına itkilərlə çıxacaq.

Presssport.az xəbər verir ki, U-21 yığmamızdan zədəli mərkəz yarımmüdafiəçi Fərid Yusifli məşqlərə başlasa da, bugünkü matça hazır olmadığından, heyətdən kənarda qalacaq. Ondan fərqli məşqlərə yeni başlayan digər yarımmüdafiəçi Ayxan Quseynovun meydana çıxacağı gözlənilir. Bu da əsas ona görədi ki, tovuzluların yarımmüdafiənin mərkəzində ciddi itkiləri var. Belə ki, Veysəl Rzayev hələ ki məşq etmir, ispaniyalı Alexandro Serrano isə vərəqə limitni aşdığına görə cəzalı duruma düşüb.

Yarımmüdafiənin mərkəzində də oynayan bilən müdafiəçi Eltun Turabovun əzələsində problem olduğundan, cari mövsümdə debütü yenə baş tutmayacaq. “Turan Tovuz”un panamalı mərkəz müdafiəçisi Roderik Miller də zədəlidi və bu ay bir daha meydana çıxmaya bilər. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC