Basketbol millimiz Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində yarımfinala vəsiqə qazanıb.

Presssport.az xəbər verir ki, yığmamız buna B qrupunda II turun matçında Monqolustana qalib gəlməklə nail olub - 13:12.

Ötən gün Çilini məğlub edən (17:14) basketbolçularımız III turda Niderlandla görüşəcək. Bu qarşılaşma qrup liderini müəyyənləşdirmək baxımından əhəmiyyətli olacaq.

Yarımfinal və həlledici oyunlar aprelin 14-də baş tutacaq. Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC