Firdovsi Umudov: "Dadaş bu yarışda da bütün yeniyetmə və gənc idmançılarımıza örnək bir hərəkət nümayiş etdirdi"

“Dadaş böyük əzmkarlıq göstərdi. O, bu yarışda da bütün yeniyetmə və gənc idmançılarımıza örnək bir hərəkət nümayiş etdirdi”.
Presssport.az xəbər verir ki, bunu Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Dadaş Dadaşbəylinin Tailandın Phuket şəhərindəki Dünya Kubokunda 3 gümüş medal qazanması ilə bağlı Bakıda hava limanında qarşılanma mərasimində danışarkən deyib.
Qurum rəsmisi idmançının Avropa çempionatından sonra ciddi zədələr aldığını xatırladıb: "Onun ağrılarının və indiki vəziyyətinin şahidi idik. Həm Dadaşın özünə, həm də şəxsi məşqçisinə xüsusi təşəkkürümü bildirirəm. İnanıram ki, bütün bunlar gənc idmançılarımıza böyük motivasiya olacaq".
Umudov martın 30-u Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının xüsusi Konqresində iştirakı haqda da danışaraq, təşkilatın rəhbərliyi ilə bir sıra görüşlərinin gerçəkləşdiyini vurğulayıb: "Federasiya olaraq belə toplantıların böyük önəm kəsb etdiyini düşünürəm. Beynəlxalq federasiyanın prezidenti Məhəmməd Cavadla müəyyən məsələləri müzakirə etdik, gələcəkdə ölkəmizdə keçiriləcək yarışlar, seminarlar və digər məsələlər barədə də danışdıq. Görüş zamanı dövlət başçısı İlham Əliyev tərəfindən idmana və idmançılarımıza göstərilən qayğı və diqqətdən də söz açıldı. İnanıram ki, bizim federasiyanın planlarında da dəyişiklik olacaq”.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC