Azərbaycan şahmat çempionatında 3 turdan sonra 2 iştirakçı itkisiz irəliləyir

Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatında III turun görüşləri keçirilib.

Azərbaycan Şahmat Federasiyasından Presssport.az-a verilən məlumata görə, hesabat turunda favorit Aydın Süleymanlı Rüstəm Rüstəmov üzərində qələbə qazanıb.

Məhəmməd Muradlı Vüqar Manafovu, Misrətdin İsgəndərov isə Şiroğlan Talıbovu məğlub edib. Süleyman Süleymanlı, Vüqar Manafov və Murad İbrahimli də turu qələbəylə başa vurub. Digər partiyalar heç-heçə yekunlaşıb.

3 turdan sonra məğlubiyyətsiz irəliləyən Məhəmməd Muradlı və Aydın Süleymanlı ilk pillələrdə qərarlaşıblar. Liderlər hərəyə 2,5 xal toplayıblar. Sonrakı yerlərdə Read Səmədov, Abdulla Qədimbəyli, Xəzər Babazadə, Süleyman Süleymanlı, Vüqar Manafov, Misrətdin İsgəndərov və Namiq Quliyev qərarlaşıblar. Onları hər birinin 2 xalı var.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC