"Bayer" bu gün tarixində ilk dəfə Almaniya çempionu ola bilər

Bu gün Almaniya Bundesliqasında mövsümün qalibi bəlli ola bilər.

Presssport.az xəbər verir ki, "Bayer"in sona 5 tur qalmış çempionluğu rəsmiləşdirmək şansı var.

Xabi Alonsonun komandası XXIX turun oyununda "Verder"i qəbul edəcək. Leverkuzen təmsilçisi Bakı vaxtı ilə saat 19:30-da başlayacaq matçda qalib gəlsə, tarixində ilk dəfə Almaniya çempionu olacaq.

Hazırda lider "Bayer"in 28 oyundan sonra 76, ən yaxın izləyiciləri "Bavariya" və "Ştutqart"ın isə 63 (hər ikisində 29 oyun) xalı var. Qalib gələcəyi halda "Bayer"lə 2-ci yer arasında xal fərqi 16-a qalxacaq. Bu o deməkdir ki, son 5 turda leverkuzenlilər uduzsa belə, liderliyi əldən verməyəcək. Cari mövsümdə məğlubedilməz olan, bütün turnirlərdə 42 oyundur uduzmayan "Bayer" Bundesliqada ardıcıl 9 matçdı qələbələri sıralayır.

Xatırladaq ki, leverkuzenlilər “Qarabağ”a Avropa Liqasında cari mövsümdə həm qrupda, həm də 1/8 finalda rəqib oldu. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC