"Qarabağ"ın ÇL-dəki daha 2 potensial rəqibi bəlli oldu

"Qarabağ"ın 2024/25 mövsümündə Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsindəki daha 2 potensial rəqibi bəlli olub. 

Presssport.az xəbər verir ki, Litvanın "Panevejis" və Qazaxıstanın "Ordabasi" klubları Azərbaycan çempionunun növbəti mümkün rəqibləridi.

Hər iki komanda da səpələnməmişlər siyahısında yer alacaq və artıq "Qarabağ"ın potensial rəqibidi: 

Səpələnmişlər:
"Qarabağ" (Azərbaycan)
“Slovan” (Slovakiya)
HİK (Finlandiya)
“Flora” (Estoniya)
“Klaksvik” (Farer adaları)
“Şemrok Rovers” (İrlandiya)

Səpələnməmişlər
“Panevejis” (Litva)
“Ordabası” (Qazaxıstan)
“Vikinqur” (İslandiya)

Qeyri-müəyyənlər
TNS (Uels)
RFS (Latviya)
“Dinamo” (Batumi, Gürcüstan)
“Dinamo” (Minsk, Belarus)

ÇL-də I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC