Musa Qurbanlı qol vurdu, ondan yazdılar: "Penaltini soyuqqanlı şəkildə yerinə yetirdi"

Millimizin futbolçusu Musa Qurbanlı "Yurqorden"in U-21 komandasının heyətində oyuna çıxıb.

Presssport.az xəbər verir ki, gənclərdən ibarət komanda Elit Liqanın kuboku matçında "Norççepinq"dən olan həmyaşıdlarını qəbul edib. 

Oyun 1:1 hesabı ilə yekunlaşıb. 90 dəqiqə meydanda olan Musa fərqlənməyi bacarıb.

Belə ki, o, 52-ci dəqiqədə penaltidən komandasının yeganə qolunu vurub. 

"Yurqorden"in rəsmi saytı Qurbanlını penaltini soyuqqanlı şəkildə yerinə yetirdiyini yazıb. Musanın sonra da qol vurmaq şansı olsa da, rəqib qapıçı Devid Andersson onun zərbələrinin qarşısını ala bilib. 

Xatırladaq ki, “Yurqorden”in əsas komandası İsveç çempionatının 3-cü turunda ötən bazar “Sirius”la qarşılaşaraq 2:0 hesabı ilə qələbə qazanıb. Musanın adı bu oyunun iştirakçıları sırasına daxil edilməyib və baş məşqçisi Tomas Lagerlöf bunu komandadakı rəqabətlə əlaqələndirib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC